Damcılı bulağı

Damcılı bulağıAzərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur.

Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb.[1] Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.

  1. "Damcılı bulağı". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.