Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür.