Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Daniil Yevdayeviç Mişiyev (10 mart 1926, Qırmızı Qəsəbə, Quba qəzası) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.
Daniil Yevdayeviç Mişiyev | |
---|---|
Doğum tarixi | 10 mart 1926 (98 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Daniil Yevdayeviç Mişiyev 1926-cı il martın 10-da Quba şəhəri, Qırmızı Qəsəbədə qulluqçu ailəsində anadan olmuşdur. 1934-cü ildə 1 saylı qəsəbə orta məktəbinə daxil olub, 1944-cü ildə həmin məktəbi bitirmişdir. 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır. Gənc mütəxəssis kimi Quba Konserv zavoduna işləməyə göndərilmişdir. Həmin zavodda iki aydan artıq bir müddətdə mühəndis vəzifəsində çalışmışdır.
1952–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunda kiçik elmi işçi kimi işləmiş, 1953–1956-cı illərdə həmin institutun aspirantı olmuşdur. 1959–1968-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır.1968-ci ildən indiki AMEA Polimer Materialları İnstitutunda əvvəlcə böyük elmi işçi və 1974-cü ildən ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışmışdır.
1958-ci ildə "Müxtəlif katalizatorların iştirakı ilə oksi və alkooksiəvəzolunmuş tsiklik olefin karbohidrogenlərinin alkilləşməsi" mövzusunda namizədlik, 1972-ci ildə isə "Aromatik karbohidrogenlər və onların alkoksitörəmələrinin konyuqə olunmuş ikiqat rabitəli diolefinlərə alkenilləşmə reaksiyalarının tədqiqi və sintez olunmuş maddələrin çevrilmələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1983-cü ildə "Neft kimyası və Neft-kimya sintezi" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Professor D. Y. Mişiyevin əsas elmi fəaliyyəti aromatik birləşmələrin dien karbohidrogenləri ilə alkilləşməsi proseslərinin tədqiqinə həsr edilmişdir. Onun iştirakı ilə dördxlorlu karbonun alınma texnologiyası işlənib hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir. Rəhbərliyi ilə polimer materiallar üçün yeni effektiv plastifikator və modifikatorların alınma prosesi işlənib hazırlanmış, onlardan bəziləri sənaye miqyasında sınaqdan keçirilmiş və tətbiq olunmaq üçün tövsiyə edilmişdir. Tətbiq olunmuş ixtiralarına görə 1986-cı ildə "SSRİ-nin ixtiracısı" döş nişanı ilə tətltif edilmişdir. O, 207 elmi əsərin, o cümlədən 60 müəlliflik şəhadətnaməsinin müəllifidir, 8 elmlər namizədi yetirmişdir.
Professor D. Y. Mişiyev analitik kimya və üzvi birləşmələrə həsr olunmuş III Ümumittifaq konfransında (Moskva, 1976), oliqomerlərin kimyası və fizikasına aid II Ümumittifaq konfransında (Alma-Ata,1979), adsorbsiya və xromatoqrafiyaya aid IV Zaqafqaziya konfransında (Tbilisi,1980), su-82 probleminə həsr olunmuş II Ümumittifaq simpoziumda (Odessa, 1982), doymamış birləşmələrin kimyasına həsr olunmuş Ümumittifaq konfransında (Kazan, 1986) və s. məruzələrlə çıxış etmişdir.
D. Y. Mişiyev 1990-cı il avqustun 30-da vəfat etmişdir.