Daphne oleoides transcaucasica

Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır.

Cənubi Qafqaz canavargiləsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cənubi Qafqaz canavargiləsi
Beynəlxalq elmi adı

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir.

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yer[redaktə | mənbəni redaktə et]

Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500m yüksəkliklərdə rast gəlinir.

Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsov neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5–2,5 sm, eni isə 0,4–0,7 sm arasında ola bilir. Yarpaqlaqrının üst hissəsi seyrək ipəktüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə olur. Bitkidə çiçəklərin sayı 3–5 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar tükcüklü olub, uzunsovdur çəhrayı və ya qırmızı rəngdə olur. Bitki may-iyun ayları arasında çiçək açır və avqust ayında isə meyvə verir.

Çохalması[redaktə | mənbəni redaktə et]

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.4.1958; Флора Азербайджана. т.6. 1955; Azərbaycanın ağac və kolları. I cild. 1961; Красная Книга СССР. 1984; Azərbaycanın "Qırmızı Kitabı". 1989; Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri, 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]

1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

2. "Azərbaycan dendraflorasi" I cild, Baki, "Elm", 2011, 312 səh.