Darıca Gənclərbirliyi FK

"Darıca Gənclərbirliyi" (türk. Darıca Gençlerbirliği) — Türkiyənin 2-ci liqasında Kocaelinin Darıca ilçəsini təmsil edən futbol klubu.

Darıca Gənclərbirliyi FK
Loqonun şəkli
Klubun tam adı türk. Darıca Gençlerbirliği
Ölkə Türkiyə Türkiyə
Yaranma tarixi 1934 (89 il əvvəl) (1934)
Stadionu Darıca İlçə stadionu
Tutumu 2610
Liqa Türkiyə 2-ci Liqa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

"Darıca Gənclərbirliyi" klubu 1934-cü ildə Kocaelinin Darıca ilçəsində yaranıb.

Hazırda “Darıca Gənclərbirliyi” azərbaycanlıların idarəçiliyindədir. Belə ki, 2018-ci ilin avqust ayında azərbaycanlı futbol funksionerləri Nail Zeynalov və Rəsul Şükürsoy Rusiyada yaşayan azərbaycanlı iş adamı olan dostlarının tam dəstəyi ilə "Darıca Gənclərbirliyi" klubunu satın alıblar.

Rəngləri[redaktə | mənbəni redaktə et]

Rəngləri sarı-yaşıldır.

Stadionu[redaktə | mənbəni redaktə et]

Klub ev oyunlarını Darıca İlçə stadionunda keçirir.

Dənizə bitişik ərazidə 10 hektar səhəsi olan məşq bazası, məşq meydançaları, oteli, yüzlərlə gənc futbolçunun top qovduğu akademiyası var.

"Çınaraltı"[redaktə | mənbəni redaktə et]

Klubun azarkeş qrupunun adı “Çınaraltı” adlanır. Bu ad Darıcanın mərkəzindəki böyük çinar ağacından alınmışdır.

Liqalarda iştirakı[redaktə | mənbəni redaktə et]