Dar ağacı üzərində sağsağan

Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir.

Dar ağacı üzərində sağsağan
Portretin görünüşü
Portretin görünüşü
Rəssam Pieter Brueghel
Tarixi 1568
Üslubu məişət janrı, peyzaj[1]
Texnikası yağlı taxta panel
Ölçüləri 46 sm, 45,9 sm[1] × 51 sm, 50,8 sm[1]
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Gessen Landes muzeyi
Saytı wga.hu/html/b/bruegel/pi…
wga.hu/html/b/bruegel/pi…
İnventar nömrəsi GK 165
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir.[2] Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir. Breygel daha əvvəllər də xalq folkloru mövzularına müraciət etmişdir. Bu baxımdan onun ən məşhur əsəri "Flamand atalar sözləri" əsəridir.

Şəklin yuxarı hissəsi Breygel nöqteyi-nəzərdən tipikdir.[3] Belə rakursun sayəsində tamaşaçı sanki kənardan onlara tamaşa edir. Mənzərə özüylə bütün dünyanı təcəssüm edir, hansının ki, insana dram kimi görünür. Rəqs edən kəndlilərin qayğısızlığı böyük dar ağacıyla ziddiyyət təşkil edir. Onlar sanki heç nəyə fikir vermirlər. Orta əsr insanının şüuru üçün ziddiyyət o qədər təsirli deyildi və şəkildə də bu öz əksini tapmışdır.[3] Ölüm hökmlərini həyata keçirmək üçün istifadə edilən alətlər görünən yerlərdə qoyulurdu. Buna görə də, dar ağacının altında rəqsin süjeti sərt həqiqətlə göstərilmişdir.

Formasına görə dar ağacı qeyri-mümkün fiqura bənzəyir.

Şəkil o qədər də dekorativ şəklə bənzəmir. Amma bu o qədər də böyük rol oynamır. Bu janr səhnəsi üçün dekorasiyalardan istifadə olunmasa da, rəssam bütün dünyanın təcəssüm etməyi bacarmışdır. Bu mənada Breygel ikonoqrafiya ənənəsini davam etdirir: Mənzərənin fonunda parçada olan ümumdünya səslənməsi əldə edir.[4]

Yaradılma konteksti

[redaktə | mənbəni redaktə et]

Müasirlər tərəfindən dar ağacı fərqi düşüncələr ilə mübarizənin simvolu kimi qəbul edilirdi. Breygelin iyirmi yaşı olarkən Amsterdamda və başqa şəhərlərdə anabaptistlərin kütləvi yandırılması baş verirdi. Təxminən qırx yaşı olanda Brüsselə hersoq Albanın ordusu daxil oldu. Sonrakı illərdə Alba qəzəblə kafirlərin məhv edilməsi ilə məşğul olurdu və bir neçə min niderland ölümə məhkum edilmişdi. Dar ağacı bir çox protestant inamına gəlmiş vaizləri gözləyirdi. Albanın terroru şayiələrə və xəbərçiliklərə əsaslanırdı. Buna görə də, şəkildə boşboğazlığın simvolu kimi sağsağanın seçimi təsadüfi deyil.

Şəklin fraqmentləri

[redaktə | mənbəni redaktə et]
  • Львов С. Л. Питер Брейгель Старший — Издательство: ТЕРРА, 1998.
  • Королева А. Ю. Великие художники Нидерландов XV—XVII вв. — М.: «ОЛМА-ПРЕСС Образование», 2005.
  • artclassic.edu.ru Arxivləşdirilib 2015-01-05 at the Wayback Machine
  1. 1 2 3 4 5 6 https://rkd.nl/explore/images/56037.
  2. Early Netherlandish painting Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine, Volume 4 of Collections of the National Gallery of Art Systematic Catalogue, Cambridge University Press, 1986, ISBN 0894680935, p.32
  3. 1 2 Painting life: the art of Pieter Bruegel, the Elder Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine, Robert L. Bonn, 2006, ISBN 1-884092-12-8, p.106
  4. The Last Flowering of the Middle Ages Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine, Baron Joseph Van Der Elst, Kessinger Publishing, 2005, ISBN 1-4191-3806-5, p.114

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]