Dariyuş Mehrcuyi

Dariyuş Mehrcuyi (fars. داریوش مهرجویی‎; 8 dekabr 1939[1], Tehran14 oktyabr 2023[2], Kərəc[2]) — İran kinorejissoru, ssenaristi, prodüseriredaktoru. O, İran kino hərəkatlarından biri olan İran yeni dalğasını[4] başlatmış hesab edilən "İnək" filminin rejissorudur. Mehrcuyi İran kinosunun intellektual rejissorlarından sayılır. Onun bir çox filmləri fars və ya digər ədəbiyyatların əsərlərindən adaptasiya edilmişdir.

Dariyuş Mehrcuyi
fars. داریوش مهرجویی
Doğum tarixi 8 dekabr 1939(1939-12-08)[1]
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 2023(2023-10-14)[2] (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaqlama[d][3]
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist, tərcüməçi, rejissor
Fəaliyyət illəri 1966–2023
Təhsili
Mükafatları "Fəxri legion" ordeni kavaleri
IMDb ID0576529
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir İran kinosu Mehrcuyi ilə başlayır. O, İran kinosunu realizm, simvolizm və bədii kinoya xas həssaslıqla tanış etmişdi. Onun filmləri Roberto Rossellini, Vittorio de SikaSatyacit Rayin filmlərinə bənzəyir. O, kinosuna İrana xas elementlər əlavə etmişdir.

  1. 1 2 Dariush Mehrjui // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  2. 1 2 3 4 داریوش مهرجویی و همسرش در کرج به قتل رسیدند. BBC Persian, 2023.
  3. توضیحات پلیس درباره قتل داریوش مهرجویی و همسرش. Iranian Students' News Agency.
  4. "داریوش مهرجویی نشان‌دار شد + فیلم - ایسنا". isna.ir. 19 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]