Darkənd hamamı

Darkənd hamamı — Ordubad rayonundakı Darkənddə memarlıq abidəsi.[1]

Darkənd hamamı

1979-cu ildə Dar türbəsindən 60 m şimal tərəfdə qabaqlar türbə hesab edilən abidənin qalıqları aşkar olunub.

Hamamın planı altıbucaqlı formalı mərkəzi zaldan, iki çən hovuzdan və yardımçı otaqlardan ibarətdir. Hər səthdə çatma formalı giriş yerləri düzəldilib. Mərkəzi zalın ölçüləri: diaqonal xətt üzrə 3,8 m, hər tərəfin uzunluğu 2,1 m, giriş yerinin eni 0,8 m, hündürlüyü 2 m.-dən ibarətdir. XVI–XIX əsrlərdə hamamlarda isti su olan hovuzların altında xüsusi ocaq kamerası-"Külxan" tağbənd və ya günbəz örtüklə düzəldilirdi. Abidə öz təyinatına və plan quruluşuna görə Zaqafqaziyada nadirdir. XV əsrə aid edilən Darkənd hamamı qəbiristanlıqdakı tikintilər kompleksinə daxil olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 74.