Darkestrah 1999-cu ildə Qırğızıstanın paytaxtı Bişkək şəhərində Asbath tərəfindən yaradılan şaman metal qrupudur. Qrupun ideoloji bünövrəsini qırğız folkloru təşkil edir. Musiqi sözlərində və kompozisiyalarda Manas dastanı, tenqriçilik, şamanizm kimi anlayışlara tez-tez istinad olunur. Qrupun adının hərfi mənada "dark" və "orchestra" sözlərinin birləşməsindən yarandığı güman olunsa da, əslində belə bir sadə yanaşmanın kifayət etmədiyi bildirilir[1].
Darkestrah | |
---|---|
| |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1998-hazırkı vaxt |
Janrlar | Folk metal və Blek metal |
Albom şirkəti | Paragon Records |
last.fm/ru/music/Darkest… | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup Sovet İmperiyasının dağılmasından sonra tələbatın arttığı Qırğız metal səhnəsinin 90-cı illərində faəliyyətə başlasa da, öz anderqraund ab-havasını bu günə kimi saxlamışdır.
Qırğız Paqan Metal qrupu olan Darkestrah 1999-cu ildə Bişkəkdə yaranmışdır. Bir müddət sonra qrup Almaniyaya yerləşmişdir. Vətəndən uzaq düşmələrinə baxmayaraq, bu qərar əslində Darkestrah'ın gələcəyi üçün mühüm rol oynamıışdır. Çünki bu vaxtlar Qırğızıstanda tələbat olsa da, albom çıxarmaq üçün heç bir imkan yox idi[2].
Qrupun ilk demosu olan "The Black Pagan Act" 1999-cu ilin dekabrında ərsəyə gəlmişdir. 2003-cü ilin fevralında, NCR qrupun "Sary Oy" adlı ilk studio albomunu çıxarmışdır. Bu albomda, folklor musiqisi metal musiqisi ilə miks edilmişdir. Belə ki, albomda qıl-qıcaq və qomuz kimi milli çalğı alətlərindən istifadə olunmuşdur. Həmçinin, boğazdan oxuma alboma şaman ritualına bənzər atmosfer qatmışdır.
2005-ci ildə “The Way to Paganism” NCR tərəfindən çıxarılmış və həmin ilin oktyabrında “Embrace of Memory” adlı ikinci studio albom buraxılmışdır.
"Epos" adlı üçüncü albom iki il sonra satışa çıxarılmışdır. Albom 33 dəqiqəlik yeganə trekdən ibarətdir. "Epos" tamamilə Issık-Kul gölünə həsr olunmuşdur. Əvvəlki kompozisiyalarda olduğu kimi Darkestrah yenə Paqan motivlərinə baş vurmuşdur.
2007-ci ilin martında qrup NCR ilə yollarını ayıraraq, ABŞ-dakı Paragon Records ilə anlaşmışdır. Elə təxminən bir il sonra qrup "The Great Silk Road" (Böyük İpək Yolu) adlı növbəti albomlarının yazılma prosesini bitirir.
2011-ci ildə Darkestrah Fransanın Osmose Productions adlı leyblı ilə müqavilə imzalamış və bu qrupun tarixində yeni bir eranın başladığının müjdəçisi olmuşdur. Leyblın fəaliyyəti altında Darkestrah 3 albom çıxarmışdır: "Khagan" (2011), "Manas" (2013) və "Turan" (2016).
2013-cü ildə Ragnar və Cerritus qrupa qoşulsa da, 1 il sonra qrupun uzun müddət vokalçısı olan Kriegtalith, Darkestrah ilə yollarını ayırır. Qısa bir müddət sonra Andreas Thäns, səhnə adı ilə Merkit kimi tanınan alman vokalçı qrupa cəlb olunur. Bu dəyişikliyin dönüm nöqtəsi onda olur ki, qrup rus dilində ifa etməyə son verir.
Hal-hazırda Leyptsiq-də yerləşən qrup Şaman metal janrında fəaliyyətini davam etdirir.
Hazırkı üzvlər
Keçmiş üzvlər
Qrup musiqi tərzinin formalaşmasında iki fərqli mənbənin rolu vardır. Birincisi, Blek və Dum metal klassikləri olan Emperor, My Dying Bride kimi qruplar, ikincisi isə Qırğız folklor ənənələridir. Təsadüfi deyil ki, Darkestrah Mərkəzi Asiyada geniş yayılmış şaman kültürünə və mistikaya tez-tez yer verir. Qrup, eyni zamanda, müharibə və mifologiyanın təsirləri altında epik əsərlər də ərsəyə gətirmişdir.
Darkestrah'ın üzvü Asbath musiqiyə gəlişini Metallicanın "Enter Sandman" sinqlını radioda eşitməsiylə izah edir[1].
Darkestrah rəsmi Feysbuk səhifəsi
Darkestrah rəsmi myspace profili
Darkestrah rəsmi bandcamp profili