Darquba — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan inzibati ərazi vahidində kənd.[1]
Darquba | |
---|---|
38°42′ şm. e. 48°50′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Darquba kəndi Bəşərü çayının sahilində, Lənkəran ovalığında yerləşir.
Əhalisi 1006 nəfərdir.[2]
Kəndin adı XIX əsrə aid sənədlərdə Darğakənd, 1917-ci ildə Darğaoba, 1933-cü ildə isə Darquba variantında qeydə alınmışdır. Talış dilində Daqova kimi tələffüz edilir. Oykonim darğa (etnonim) və oba (el, nəsil, kənd) komponentlərindən düzəlib, "darğalar kəndi" deməkdir. Etnotoponimdir.[3]
Kənddə Darquba kənd məscidi dini icması fəaliyyət göstərir.[4]