Darul Aman sarayı

Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray.

Darul Aman sarayı
Dağıdılmış Darul Aman
Xəritə
34°27′54″ şm. e. 69°07′09″ ş. u.
Ölkə Əfqanıstan Əfqanıstan
Şəhər Kabil
Yerləşir Kabil
Tikilmə tarixi 1920
Üslubu Neoklassisizm
Darul Aman sarayı (Əfqanıstan)
Darul Aman sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi.[1] Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır.

Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur

2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi.[2] 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır.[3]

Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.

  1. "Arxivlənmiş surət". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.
  2. "Arxivlənmiş surət". 2009-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.
  3. "Arxivlənmiş surət". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.