Darvinin şeytanı

Darvinin şeytanı - əgər təkamül heç nə ilə məhdudlaşmasaydı, uyğunlaşmanın bütün aspektlərini maksimum istifadə edən və eyni vaxtda mövcud olan hipotetik orqanizm haqqında fikir eksperimentidir. Belə orqanizmlər doğuşdan dərhal sonra istənilən yerdə və istənilən zaman cütləşmək üçün yoldaş tapa və nəsillərini sonsuz dəfə artıra bilərdilər. “Bizə sadəcə mutasiyalar arasında birini ötürərək və digərlərinin yolunu bağlayaraq seçim edə bilən şeytanı çağırmaq qalır. (Maksvell etdiyi kimi)”. Bu cür orqanizmlərin mövcud olmamasına baxmayaraq bioloqlar, müxtəlif növlərin inkişaf tarixindəki həyat strategiyalarını anlamaq üçün, orqanizmlərin ətraf mühitə adaptasiya olması üçün kompromisslərə getdiklərini göstərmək üçün Darvinin şeytanından fikir eksperimentlərində istifadə edirlər.[1].[2].

Darvinin şeytanı təkamül nəzəriyyəsinin banisi olan ingilis təbiətşünas Çarlz Darvinin şərəfinə adlandırılıb. Fikir eksperimenti və Darvin şeytanının konsepsiyası 1963-cü ildə amerikalı biokimyaçı, elm populyarlaşdırıcısı və fantastik yazıçı Ayzek Azimov tərəfindən - “Yüksəklikdən görüntü” əsərində təklif edilmişdi.

Eksperiment üçün ad məşhur Maksvell iblisinə bənzətmə yolu ilə seçilmişdi.[3]: “Belə şeytan həqiqətən də mövcuddur, amma mən bildiyim qədər, ona bu adı təkcə mən vermişəm və Maksvell şeytanına bənzətmişəm. Onu kəşf edən isə ingilis təbiətşünas Çarlz Robert Darvindir və buna görə də biz onu “Darvinin şeytanı” adlandıracayıq. Darvin özü isə ona təbii seçim adı vermişdi”.

Darvin şeytanı konsepsiyası sonralar bir çox alimlər tərəfindən inkişaf etdirilmişdi: Riçard Lou, A.N. Qorban, R.Q. Xlebopros və digərləri[1] [4] [5] [6] .

  1. 1 2 Law R. Optimal Life Histories under age-specific Predation Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine // The American Naturalist (ing.) 114, 1979. P. 399-417.
  2. Barton N. H. Evolution. CSHL Press, 2007. P. 557. ISBN 0-87969-684-2
  3. Maxwell J. C. Theory of Heat. Longmans, Green and Co, London, 1908
  4. R. Ferrière u. a. Evolutionary conservation biology. Cambridge University Press, 2004, ISBN 0-521-82700-0
  5. Горбань А. Н., Хлебопрос Р. Г. Демон Дарвина. Идея оптимальности и естественный отбор Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine. М.: Наука (гл ред. физ.-мат. литературы), 1988.
  6. Leimar O. Evolutionary change and Darwinian demons. Arxivləşdirilib 2007-04-17 at the Wayback Machine // Selection 2, 2001. P. 65-72.)