Afrika və Hindistanda yayılmışdır.
Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur. Toxumları açıq sarı və ya göyümtül rəngli, ölçüsü 0,5-0,8 sm-dir. Toxumla çoxaldılır.
Rütubətsevəndir, istiyə, soyuğadavamlıdır. Torpağa tələbkar deyildir.
Dendrologiya İnstitutunun təcrübə sahəsində 1987-ci ildən introduksiya olunmuşdur. Azərbaycanın bir çox rayonlarında, eləcə də, Abşeronda mədəni şəraitdə becərilir.
Yarpaqları və meyvələri antraqlikozidlərlə zəngindir. Təbabətdə sənanın yarpaq və meyvələrindən həlimlər hazırlanır.
Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm. Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov