Türkiyədə təsvir edilmişdir.
Daryarpaq dəvəqıran | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Daryarpaq dəvəqıran |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir. Meyvəsi oturan, mərciyəoxşar qanadlı fındıqcıq və ya üçtilli qanadsız, may-avqust aylarda yetişir.
Quraqlığa və istiyə davamlı, daşlı torpaqlarda daha yaxşı bitir.
Naxçıvanın (Ordubad, Yuxarı Aza, Üç-Darangə) aşağı dağ qurşağında, qayalıqlarda, gilli-daşlı yamaclarında bitir.
Dekorativ bitkidir, alçaqboy çəpərlərin salınmasında, daşlı sahələrin yaşıllaşdırılmasında istifadəsi mümkündür.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov