Dastani Əhməd Hərami

Dastani Əhməd Hərami — XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur.

Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır.

Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.

Müəllifi bəlli olmayan bu əsər əruz vəznində, sadə və aydın dildə yazılmışdır, lakin bu vəzn şeri tam özünə tabe edə bilməmiş, Azərbaycan şerinin milli bədii-poetik əsasını dəyişdirməmişdir. Ona görə heca vəznli şeir kimi də oxunur.

Tarixçə[redaktə | mənbəni redaktə et]

1928-ci ildə Türkiyə alimi Tələt Onay dastanın bir əlyazmasını aşkara çıxarıb geniş ön söz, sözlük və şərhlərlə dərc etdirir.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Əsər tapılarkən onun üz qabığı cırıldığına görə müəllifinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Lakin əsərin quruluşu onun savadlı, istedadlı biri tərəfindən yazıldığını göstərir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]