Davaradibi çayı

Davaradibi- Lerik rayonu ərazisində çay.

Davaradibi çayı

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Lənkəran çayının sağ qoludur. Başlıca olaraq yağış sularından qidalanır. Aşağı axarında qismən suvarmada istifadə edilir. Davardibi, Davardiş variantlarında da qeydə alınmışdır. Davaradibi kəndinin ərazisindən axdığı üçün kəndin adını daşıyır. Azərbaycan dilində davar "qoyun, keçi", "mal-qara", həmçinin "qoyunçuluqla, maldarlıqla məşğul olan adam" mənasında işlənir. Dilimizdə bu sözün Tavra variantına da təsadüf edilir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

gim.az/azerbaijan_

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007