David qovağı

Koreya, Monqoliya, Rusiyada təbii halda yayılmışdır.

David qovağı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirli ağacdır. Qabığı hamar, bozumtul-yaşıl və ya bozumtul-ağdır. Yaşlı gövdənin əsas hissəsində qalınlaşır və kobudlaşır. Budaqları qırmızımtıl-qonur, cücərtiləri tükcüklüdür. Tumurcuqları yumurtavari-şarşəkilli, çılpaqdır. Yarpaq ayası yumurtavari, uzunluğu 3-6 sm, cavan vaxtı qırmızımtıl, yumru, kənarları dişli, ucu bizdir. Erkək çiçəyin uzunluğu 5-9 sm, dişi çiçəyin uzunluğu 4-7 sm, erkəkcikləri 5-12-dir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşılaşdırmada geniş istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.