Ağamirzadə Davud Əsgər oğlu (? – ?) — Azərbaycan şairi. 1918–20 — illər milli istiqlal poeziyasının nümayəndələrindən biri.
Davud Ağamirzadə | |
---|---|
Fəaliyyəti | şair |
Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cümhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbi mühitində seçilən şairlərdən idi. Yaradıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalqı birliyə çağırış ruhlu şeirlər mühüm yer rutur. Şair Azərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edirdi: Üzərində göründükcə ulduzun Şeir söylər sənə nazlı tiirk qızı Sən çırpındın, sən yüksəldin, göründün Və tanıtdın millətlərə sən bizi Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna", "Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli istiqlalımızın qorunması tərənnüm edilir. Davud müstəqillik rəmzi kimi tərənnüm etdiyi üçrəngli milli bayrağı xalqın əsarət və köləliyinə qoyulan nöqtə kimi mənalandırır.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |