Davud Həsənov

Davud Gülalı oğlu Həsənov (11 iyul 1932, Kür Qaraqaşlı, Salyan rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, texnika üzrə elmlər doktoru.

Davud Həsənov
Davud Gülalı oğlu Həsənov
Doğum tarixi 11 iyul 1932(1932-07-11) (92 yaş)
Doğum yeri
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi
İş yeri

Həsənov Davud Gülalı oğlu 11 iyul 1932-ci ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. 1941-ci ildə Kürqaraqaşlı kənd "7" illik məktəbinə daxil olmuş və 1947-ci ildə məktəbi bitirərək, Salyan tibb məktəbinə daxil olmuş, 1949-cu ildə oranı bitirdikdən sonra Saatlı rayonunda feldşer vəzifəsində çalışmışdir, Saatlı rayonunda işlədiyi müddətdə məktəbin 10-cu sinfini bitirib. 1952-ci ildə Az\ərbaycan Sənaye Universitetinə daxil olub və 1957-ci ildə oranı bitirərək "Azərneftyağ" Neft Emalı zavoduna təyinat almış, 1957-ci ildən 1962-ci ilədək "Azərneftyağ" Neft Emalı zavodunda müxtəlif vəzifələrdə çalışnışdır. 1962-ci ildə АМЕА-nın Neftkimya Prosesləri İnstitutunda aspiranturaya daxil olub və 1967-ci ildə müdafiə edərək texnika elmlər namizədliyinə layiq görülmüşdür.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmlər doktoru adını alıb, 1988-ci ildən AMEA-nın AKİ-də "Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, hazırda institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

D. Həsənov 135 elmi əsərin müəllifidir.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Mövsümzadə M. M., Həsənov D. G., Fəttayeva Ç. Ş., İmanov N. İ. "Siokar-2 katalizatorun iştirakı ilə yüksək indeksli sintetik yağların alınması", N. Q. Ç. problemləri və KETİ-əsərləri. V-cild. 2009-cu il, s. 307–310
  • Həsənov D. G., Mövsümzadə M. M. "Benzolun a-olefinlə alkilləşmə prosesi zamanı sintetik yağların alınması" ANT jurnalı, 2009, № 1. s. 52–53
  • Həsənov D. G. "Alkilfenolyat aşqarların alınması prosesi sulfometilləşmə mərhələsinin riyazi modelinin alınması", "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi tədqiqat institutu. Elmi əsərlər X cild, 2009 s., 324–327
  • Mövsümzadə M. M., Hüseynova N. C., Həsənova D. G., "Benzolun a-olefinlə alkilləşmə prosesi zamanı sintetik yağların alınması" , Azərbaycan Neft Təsərrüfatı, № 11, 2009, s. 52–53.
  • Mövsümzadə M. M., Həsənov D. G., Məlikov A. X., Hüseynova N. C. , "Siokar-2 katalizatorun iştirakı ilə fenolun trimmer propelinlə alkilləşmə prosesi" Azərbaycan Neft Təsərrüfatı, № 12, 2009, səh. 60.
  • Abdullayeva E. Ə., Həsənov D. G., Zeynalov B. A. Yerli xammal əsasında solidol "C" sürtküsünün alınması N. Q. G. P. və kimya elmi-tədqiqat institutu, XI-cild, 2010 s. 210–211
  • Həsənov D. G., Məlikov A. X., Hüseynova N. C., Məmmədova K. M., Mövsümzadə M. M. "Polimer-xammal tərkibinin AKİ-114 aşqarının keyfiyyətinə təsiri" Azərbaycan Neft Təsərrüfatı, № 7, 2010, s. 63–65
  • Гасанов Д. Г., Мовсумзаде M. M., Керимов К. Т., Зейналов Б. А., Гусейнова А. Д. "Разработка технологии, получения алкилфенолов на установке непрерывного действия и синтез присадки на их основе" Москва, Нефтепереработка и нефтехимия, Москва, 2010, № 12, с.38–40
  • Həsənov D. G., Mövsümzadə M. M., Məmmədova K. M., Hüseynova N. C. "Ky-23 katalizatorun iştirakı ilə fenolun polimerdistillatla fasiləsiz alkilləşmə prosesi", Azərbaycan Neft Təsərrüfatı, 2011, s.38–39
  • M. M. Mövsümzadə, D. G. Həsənov, K. M. Məmmədova, M. M. Abasov, N. C. Hüseynova, Ş. D. Həsənov АЩНЦ-3 katalizatorun iştirakı ilə fenolun okten-2 ilə fasiləsiz alkilləşmə prosesi"Azərbaycan Neft Təsərrüfatı" jurnalı, 12, 2012, səh.42
  • M. M. Mövsümzadə, D. G. Həsənov, K. M. Məmmədova, B. A. Zeynalov "Присадка ИХП-101 на основе алкилфенола, полученного непрерывным способом в присуствии катализатора Ку-23". Москва-"Нефтепереработка и нефте-химия", 2011, № 12, с.48.
  • Мовсумзаде M. M., Гасанова Д. Г., Зейналов Б. А., Маммедов К. М. "Комплексная непрерывная технологическая схeма установки для получения алкилфенолятных присадок", Польша, 2012, № 14, с. 112 материалы международной научно-прак. Конференции "Наука и иновасия".
  • Мовсумзаде M. M., Гасанова Д. Г., Маммедов К. М., M. M. Mövsümzadə, Получение гептилфенолов непрерывным способом и синтез присадки ИХП-114 на основе полученных гептилфенолов", Москва – "Нефтепереработка и нефтехимия", 2013, № 8, c.42.
  • Мовсумзаде M. M., Гасанова Д. Г., Маммедов К. М. Алкилирование фенола гексеном-2 и гептеном-2 под давлением в присутствии катализатора Циокар-2, Москва – "Нефтепереработка и нефтехимия", 2013, № 4, c.48
  • D. G. Həsənov, C. Ş. Həmidova, R. N. Hafizova, N. C. Hüseynova, Alkilfenolun alınma üsulu, Patent almaq üçün müsbət qərar patent çıxıb. 2015.25.08
  • Həsənov D. G. Həmidova C. Ş. Hüseynova N. C., "Alkilfenolun alınması üsulu" Patent, 2010, obyekt-üsul, BTU c 07c 39/06

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • D. G. Həsənov, K. M. Məmmədova, M. M. Abasov "Fenolun propilenin trimeri ilə alkilləşmə prosesi zamanı qovulmuş fraksiyanın tədqiqi" Ə. M. Quliyevin 100 illik yubileyinə tezis, 2012, səh. 130.
  • M. M. Mövsümzadə, D. G. Həsənov, K. M. Məmmədova, M. M. Abasov, B. B. Məmmədov, Ş. D. Həsənov, "Alkilfenolun alınmasında texnoloji rejimin tərtibatı – tənzimlənməsi", NKPİ-da neft kimyası üzrə VIII Bakı Beynəlxalq Məmmədəliyev konfransı, tezis 3–6 oktyabr 2012, səh.155
  • M. M. Mövsümzadə, D. G. Həsənov, K. M. Məmmədova, M. M. Abasov, "Aşqarların alınmasında tətbiq edilən quruducu aparat" NKPİ-da neft kimyası üzrə VIII Bakı Beynəlxalq Məmmədəliyev konfransı Tezis 3–6 oktyabr 2012, səh.203.
  • Mövsümzadə M. M., Abasov M. M., Məmmədova K. M., "Aşqarların alınmasında tətbiq edilən aparat", Материалы VII Бакинский Международной Мамедалинскей Конфренции 2012, 3–6 октябр с. 203.
  • Mövsümzadə M. M., Məmmədova K. M., Həsənova Ş. D., Alkilfenolun alınmasında texoloji rejimin tənzimlənməsi Материалы VII Бакинский Международной Мамедалинскей Конфренции 2012, 3–6 октябр с.155.
  • Mövsümzadə M. M., Həsənov D. G., Hüseynova N. C., Alkilfenolun heterogen mühitdə fasiləsiz alınma texnologiyasının işlənib hazırlanması, Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub. Gəncə şəhəri 12–13 may 2014, s. 128–130
  • D. G. Həsənov, N. C. Hüseynova, K. M. Məmmədova, G. S. Fəttayeva, N. K. Kərimova, Alkilfenolun formaldehidlə kondensləşməsinin yeni texnologiyası, Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu. Tesiz 2015 oktyabr 13–14 səh. 78
  • D. G. Həsənov, N. C. Hüseynova, K. M. Məmmədova, G. S. Fəttayeva, N. K. Kərimova, Plastik qoruyucu sürtkünün yerli xammal əsasında alınma texnologiyasının işlənib hazırlanması, Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu Tezis 2015 oktyabr 13–14 səh. 77.
  • M. M. Mövsümzadə, D. G. Həsənov, N. C. Hüseynova, K. M. Məmmədova, M. K. Kərimova, Ş. D. Həsənova, Alkilfenolyat tipli aşqarların alınmasında kondensləşmə prosesinin aparılması, Tezis, Gəncə Dövlət Universiteti 2016, səh.66.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1949 feldşer, 1957–1962 "Azərneftyağ" Neft Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1962–2017-ci illərdə AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, k.e.i., b.e.i.,1988-ci ildən laboratoriya müdiri vəzifəsində çalışır.

Dissertantlara elmi rəhbərlik və opponent

[redaktə | mənbəni redaktə et]

Yüksək ixtisaslı elmi kadrların hazırlanması istiqamətində fəaliyyəti nəticəsində 4 nəfər texnika üzrə fəlsəfə doktoru, 1 nəfər texnika üzrə elmlər doktoru hazırlanmışdır.

"Aşqarların istehsalında texnoloji proseslərin təkmilləşdirilməsi" sahəsində apardığı elmi işlərə görə 6 dəfə Mendeleyev adına Kimya Cəmiyyətinin diplomu və iki dəfə SSR Bilik Cəmiyyətinin təşəkkürnaməsi ilə təltif edilmişdir. D. G. Həsənov axırıncı illərdə 3 dəfə AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.