Davud Məmmədsoy (d. 4 noyabr 1995) — Azərbaycanlı cüdoçu.[1][2][3]
Davud Məmmədsoy | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Davud Məmmədsoy İsmət oğlu |
Doğum adı | Davud |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | Türk |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Şabran şəhəri |
Təhsili | ADBTİA |
İxtisası | Cüdo müəllimi |
Boyu | 178 sm |
Çəkisi | 71 kq |
İdman növü | Cüdo |
Karyera illəri | 2011-h.h |
Məşqçisi | Ramiz-zadə Ramiz, Nazim Hüseynov |
İdman dərəcəsi | Beynəlxalq idman ustası |
Ağırlıq dərəcəsi | 60kq |
Komandası | Azərbaycan yığma tağımı |
Davud Məmmədsoy 4 noyabr 1995-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. 2018-2019-cu illərdə hərbi xidmətdə olmuşdur.
Davud Məmmədsoy karyerasına 6 yaşında taekvondo idman növü ilə başlamışdır. 2 il taekvondo ilə məşğul olduqdan sonra cüdo ilə məşğul olmağa başlamışdır.
Professional karyerasına 2011-ci ildə yeni yetmələrin respublika çempionluğu ilə başlayıb.
2013-cü ildə 55 kg-da gənclər arası respublika yarışında 3-cü yer tutmuşdur. Polşada keçirilən Avropa Kubokunda 3-cü, Kiyevdə keçirilən Avropa Kubokunda 2-ci yer tutmuşdur. Avropa çempionatında isə birinci yer tutmuşdur.
2014-cü ildə Miamidə keçirilən dünya çempionatında 60 kg çəki dərəcəsində 5 ci yer tutmuşdur.
2014-cü ildə 60 kg-da respublika çempionatında 3-cü yer tutmuşdur. Yunanıstanda keçirilən Avropa kubokunda 3-cü yer, İtaliyada 1-ci yer, Avstriya 2-ci yer, Çexiya 1-ci yerə layiq görülmüşdür.
2014-cü ildə böyüklər arasında keçirilən respublika çempionatında 60 kg çəki dərəcəsində 1-ci yer tutmuşdur. 2015-ci ildə Italiyada keçirilən Avropa kubokunda 1-ci, Slovakiyada keçirilən Avropa çempionatıda 2-ci, 2016-cı ildə böyüklər arasında Grand Prix Mongoliada 3-cü, Grand Slam Russiada 3-cü yerləri tutmuşdur.[4]
2014-cü ildən, 2015-ci ilə qədər gənclərin dünya reytinqinə başçılıq etmişdir. 2021-ci ildə İsraildə keçirilən Grand Slam turnirinin qalibi olmuşdur.[5]
2016-2020 aldığı zədələrdən 4 dəfə əməliyyat keçirtmişdir.[6]