Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir.
Davul | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 211.212.12[1] |
Mənşə ölkəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir.[2]
Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub. XI əsrdə yaşamış türkoloq-alim Mahmud Kaşğarlıya görə, davulu ovçular icad ediblər.
Davul ölçüsünə görə üç cür olur: böyük, orta və kiçik. Lakin müxtəlif ölçülü davulların çalğı prinsipi eynidir. Bu alət əsasən nar ağacından hazırlanan nazik çubuq və qalın toxmaqla səsləndirilir. İfaçı qalın toxmağı sağ əli ilə davulun ön hissəsindəki dəriyə vuraraq musiqinin güclü vurğusunu ifa edir. Sol əlindəki nazik çubuqla da alətin arxa tərəfindəki dərini döyəcləməklə onu səsləndirir.
Davul sözü «tovul» sözündən yaranıb. Tovul öyrətmək, başa salmaq deməkdir. Müasir Azərbaycan dilində istifadə edilən tovlamaq (öyrətmək, tələ qurmaq, qızışdırmaq) sözü ilə eyni kökdəndir.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |