Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər.