Dayna dolabı (latış. Dainu skapis) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır.[1] Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi.[2]
Dolab iki hissədən ibarətdir.[2] Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var.[2] Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb.[3]
Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.[4]
Dayna dolabının iki nüsxəsi var: biri Riqadaki Krişyanis Baron muzeyində, digəri isə Rusiyanın Belqorod vilayətinin Muxouderovka kəndində. İkincisi keçmiş mülkədar İvan Stankeviçin malikanəsindədir, Baron burada müəllim işləmişdir və Latviya xalq mahnılarını toplamağa başlamışdır.[3][5]
1997-ci ildə kartotekada olan dayna əsərlərinin rəqəmsallaşdırılmasına başlandı, 2002-ci ildən etibarən rəsmi saytında tam olaraq İnternetdə yerləşdirilib.
2001-ci ildə Dayna dolabı dünya əhəmiyyətli mədəniyyət sərvəti kimi tanındı və YUNESKO-nun "Dünyanın yaddaşı" proqramının siyahısına daxil edildi.[6]