Dayviet dövləti

Dayviet dövləti - Hərfi mənası Böyük Viet deməkdir. Vyetnamda 1069-cu ildə formalaşaraq güclü imperiyaya çevrilən dövlət qurumu. [1] 1054-cü ildən 1400-cü ilə, 1428-ci ildən 1804-cü ilə qədər Vyetnam bu cür adlanırdı.

Dayviet dövləti
Bayraq
Bayraq
Rəsmi dilləri
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vyetnamda hakim feodal istehsal üsulunun hökmranlıq etdiyi bir vaxtda 1069-cu ildə Dayviet dövləti formalaşaraq güclü imperiyaya çevrildi.

Dayviet dövlətinin çiçəkləndiyi bir dövrdə bu dövlət üç dəfə monqol hücumlarına məruz qalmışdı. Hətta 1257-ci ildən 1288-ci ilə qədər Dayviet monqol istilasının qarşısını almağa müvəffəq olmuşdu.

1471-ci ildə Dayvietə qarşı yenidən Çin işğalları başlandı. Dayviet dövləti öz istiqlaliyyətini qoruyub saxlamaq üçün ölkədə bütün xalqları Çin istilasının qarşısını almağa səfərbər etdi və çinlilər güclü müqavimətə rast gələrək ölkədən qovuldular. Bununla yanaşı 1471-ci ildən etibarən Dayvietdə vətəndaşların hüquq bərabərliyinə nail olundu. Ədalət prinsiplərinə əsaslanan cəmiyyət quruldu. Bu islahat tipli tədbir nəticəsində dövlət torpaq mülkiyyəti qanunla tənzimlənərək daha da möhkəmləndirildi. Suvarma sistemi təkmilləşdirildi. Ən başlıcası isə vətəndaşları narahat edən problem, ticarətdə dövlət nəzarəti gücləndirildi. Tacirlər tərəfindən xalqın hüquqlarının pozulması aradan qaldırıldı. Dayviet dövlətində qanunun aliliyi təmin olunduqdan sonra qonşu Tyampa dövləti də Dayvietə birləşdirildi. Tarixi mənbələrdə qeyd olunurdu ki, Dayvietdəki əmin-amanlıq, ədalətli idarəçilik sistemi, insanın şəxsiyyətinə hörmət haqqında mütərəqqi qanunların bəyan edilməsi Tyampa dövlətinin Dayvietə birləşdirilməsini asanlaşdırmışdı.

XVIII əsrin axırlarında Vyetnam dövlətinin ərazisi əsasən indiki sərhədləri daxilində təşəkkül tapmışdı. Amma Vyetnamda hələ də siyasi qütbləşmə mövcud idi. Sülalələr arasında hakimiyyət uğrunda mübarizə qalmaqda idi.[1]

Veytnamda ziddiyyətli məqamlar mövcud olsa da, XVIII əsrin axırlarında Vyetnamı rəsmi olaraq Le sülaləsi (1428- 1789) idarə edirdi. Əslində isə ölkədə hakimiyyət iki ən böyük feodal ailəsinin Şimalda Çin ailəsinin, Cənubda isə Nquen feodal ailəsinin əlində idi. Ölkənin iqtisadiyyatında şəriksiz olaraq feodal istehsal üsulu hökm sürürdü. Ölkədə əhalinin əsas kütləsini təşkil edən kəndlilər şiddətli surətdə istismar olunurdu. Biyar işləri ildə altı aya qədər davam edirdi. Can və torpaq vergilərindən başqa kəndlilərdən müxtəlif yollarla vergilər də alınırdı. Kəndlilər bəndlərin, sədlərin, yolların və sarayların bərpa edilməsi və tikilməsində zəhmət haqqı ödənilmədən işləyirdilər. İri feodalların öz silahlı dəstələri olurdu ki, bunların da xərcləri zəhmətkeş kəndlilərin üzərinə düşürdü. Ölkədə ziddiyyətlər mərhələ-mərhələ artmaqda idi.[1]

  1. 1 2 3 Nuruzadə Ş.C. Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri). Sumqayıt:  “Azəri” nəşriyyatı, 2017, s. 209-210