Dead Can Dance

Dead Can Dance1981-ci ildə Avstraliyanın Melburn şəhərində Liza Cerrard və Brendan Perri tərəfindən yaradılmış neoklassik art rok qrupudur. Qrup fəaliyyətinə 1982-ci ilin mayında İngiltərənin London şəhərində başlamışdır. Avstraliyalı musiqi tarixçisi və jurnalist Yan Makferleyn, Dead Can Dance qrupunun musiqi tərzini belə təsvir edir:

Dead Can Dance
Loqonun şəkli
Əsas məlumatlar
Üslub Neoklassik
Art rok
Ambient
Fəaliyyət illəri 1981 - indiyədək
Ölkə Avstraliya
Şəhər Melburn
Leybl 4AD
Warner Bros
Rhino
Atlantic
Rykodisc
PIAS
Heyət Liza Cerrard
Brendan Perri
www.deadcandance.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ovsunlayıcı əzəmətin və ağır başlı gözəlliyin yaratdığı musiqi mənzərəsi; Afrikan poliritmləri, Kelt folku, Qriqorian dini nəğməsi, Şərqi Asiya mantrası və Art rok".

1998-ci ildə dağılan qrup, 2005-ci ildə qısa müddətlik dünya turuna çıxdı. 2011-ci ildə fəaliyyətini bərpa edən qrup, 2012-ci ildə Anastasis adlı albomunu yayımlayır və müxtəlif turlara imza atır.

Qrupun yaranması

[redaktə | mənbəni redaktə et]

Dead Can Dance, 1981-ci ilin avqust ayında Avstraliyanın Melburn şəhərində bas gitarada Paul Erikson, vokalda Liza Cerrard, barabanda Simon Monre və gitara, vokalda Brendan Perri olmaqla yaranmışdır. Qrup yarandığı zaman Liza ilə Brendanın münasibətləri var idi. 1982-ci ildə Simon Monre qrupu tərk edir və Dead Can Dance qalan heyət ilə birlikdə İngiltərənin London şəhərinə yola düşür. Qrup burada alternativ rok səsyazma şirkəti olan 4AD ilə müqavilə imzalayır.

Qrup 1984-cü ilin fevralında "Dead Can Dance" adlı debüt albomunu yayımlayır. Albomun üz qabığında, Dead Can Dance adının vizual təsviri kimi Yeni Qvineyadan olan ritual maska təsvir olunmuşdur. Albom özündə "baraban kontrolu, ambient gitara, dini nəğmə və inilti" ilə yanaşı, eyni tərzin başqa icraçısı Cocteau Twins elementlərini özündə əks etdirir. Qrup eyni ilin avqust ayında dörd mahnıdan ibarət "Garden of the Arcane Delights" adlı ilk və son EP albomunu yayımladı.

Qrup 1985-ci ilin noyabrında " Spleen and Ideal" adlı ikinci studiya albomunu yayımladı. Qotik-rok və Post-pank elementləri daşıyan albomda çello və trombon kimi alətlər istifadə olunmuşdur. Mahnılar sanki nəhəng bir kilsədə yazılmış təsuratı yaradırdı. Qrup artıq Avropada fəaliyyətini uğurla davam etdirirdi. İkinci albom Birləşmiş Krallıq musiqi siyahılarında ikinci yerə qalxmışdı. 1989-cu ildə Brendan ilə Liza ayrılırlar. Liza Cerrard Avstraliyaya qayıdır, Brendan Perri isə İrlandiyaya köçür. Ancaq onlar Dead Can Dance olaraq birlikdə çıxış edirlər və mahnılar yazırlar.

Səs yazma şirkəti və albomların yayımlanması

[redaktə | mənbəni redaktə et]

1990-ci illlərin əvvəlinə qədər Dead Can Dance albomlarının ABŞ-də satışı mümkün deyildi. Qrupun bağlı olduğu 4AD şirkəti Warner Bros şirkəti ilə müqavilə bağlayandan sonra qrupun albomları ABŞ-də da yayımlanmağa başladı. İki şirkət arasındakı müqavilədən sonra 1991-ci ildə qrupun yığma albomu olan "A Passage in Time " ilk olaraq ABŞ-də yayımlandı.

İkilinin altıncı studiya albomu olan "Into the Labyrinth" 1993-cü ilin sentyabrında yayımlandı. Qonaq musiqiçilərin yer aldığı albom bütün dünyada 500.000 satdı və Billboard 200 siyahısına da adını yazdırdı. Qrup, 4AD şirkətinə bağlı olan və ən çox satan qrup oldu. Qrup bu albomdan sonra 1994-cü ildə dünya turuna çıxdı və Kaliforniyada reallaşan canlı konsertlərini də "Toward the Within" adı altında albom olaraq yayımladı. Qrup 19 il sonra "In Concert" adlı ikinci konsert albomlarını yayımlayacaqdı. 1995-ci ildə Cerrard "The Mirror Pool" adlı ilk solo albomunu çıxardı. Bir il sonra isə Dead Can Dance "Spiritchaser" adlı yeddinci studiya albomunu yayımladı. Albom böyük uğur qazanaraq Billboard 200 siyahısına düşdü və Dünya Musiqi Albomları sıralamasında birinci yerə çıxdı.

Qrupun dağılması və yenidən birləşməsi

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə qrup "Spiritchaser"albomunun davamını planlaşdırırdı. Ancaq qrup yeni albomlarını çıxarmazdan qabaq dağıldı. Ancaq yayımlanmamış olan bu albomdan bir mahnı qrupun "Dead Can Dance (1981–1998)" boks setində yer aldı. "The Lotus Eaters" adlı bu mahnı eyni zamanda qrupun 2003-cü il tarixli "Wake" yığma albomunda da yer aldı. "The Lotus Eaters" adlı mahnı eyni zamanda qrupun 2003-cü il tarixli "Wake" yığma albomunda da yer aldı. Liza Cerrard 1998-ci ilin aprelində Piter Bork ilə birlikdə "Duality" albomunu yayımladı. Ardınca Brendan Perri, 1999-cu ildə "Eye of the Hunter" adlı debüt albomunu çıxardı.

Dead Can Dance üzvləri 2005-ci ildə yenidən bir araya gəlirlər və dünya turunu çıxırlar. Qrupun verdiyi bütün konsertlər qeydə alınır və Avropadakı konsertlərdən 13, Şimali Amerikadakı konsertlərdən isə 8-inin yer aldığı bir albom da yayımlanır.

2011-ci il 30 sentyabr tarixində Live Happenings – Part 1 adlı dörd mahnıdan ibarət EP-i öz veb səhifəsində dinləyicilərin yükləyib dinləyə bilməsi üçün yerləşdirdi. Dörd seriyalı EP-in sonuncusu 20 mart 2012-ci ildə Live Happenings – Part IV adı ilə yayımlandı.

2011-ci ilin sonunda qrup üzvləri yenidən bir araya gəldiyini və dünya turuna çıxacaqlarını açıqladı. Tur ABŞ-nin 12 şəhərini və dünyanın bir çox ölkələrini əhatə edirdi. Tur yeni səsyazma şirkətindən olan yeni albomun tanıdılması xarakteri daşıyırdı. 2012-ci il 9 avqust tarixində Kanadada başlayan Anastasis World Tour, Türkiyə, Yunanıstan, Rusiya İrlandiya, Meksika, Portuqaliya və Avstraliyada relallaşan konsertlər 2013-cü il 13 iyul tarixində Çilinin Santyaqo şəhərində sonlandı.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 1984 - Dead Can Dance
  • 1985 - Spleen and Ideal
  • 1987 - Within the Realm of a Dying Sun
  • 1988 - The Serpent's Egg
  • 1990 - Aion
  • 1993 - Into the Labyrinth
  • 1996 - Spiritchaser
  • 2012 - Anastasis
  • 2018 - Dionysus

Konsert albomları

[redaktə | mənbəni redaktə et]
  • 1994 - Toward the Within
  • 2012 - Live Happening 1-5
  • 2013 - In Concert

Yığma albomları

[redaktə | mənbəni redaktə et]
  • 1991 - A Passage in Time
  • 2001 - Dead Can Dance (1991 - 1998)
  • 2003 - Wake
  • 2005 - Memento

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]