Debeyki maşası — Manipulyasiya zamanı toxuma zədələnməsinin qarşısını almaq üçün damar əməliyyatlarında istifadə olunan atravmatik toxuma maşası növü. Onlar adətən böyük olurlar (bəzi nümunələrinin uzunluğu 36 sm-ə qədər çata bilir) və bir çox digər toxuma maşalarındakı incə tutucu hissədən fərqli olaraq, bu maşalarda həmin hissə daha qabarıq olur.[1]
Maşa Beylor Tibb Kollecində işlədiyi müddətdə bir çox tibbi yeniliklər etmiş Dr. Maykl DeBeyki tərəfindən hazırlanmışdır.[2]