Conqvol Deborım və yaxud Deborım ay təqvimi ilə yanvarın 15-i keçirilir, bəzən "Ogiil", "Sanqvon" da deyirlər. Ay təqvimi ilə yeni il keçdikdən sonra ayın ilk bədrləndiyi gündür. Deborımdan 1 gün əvvəl ay təqvimi ilə yanvarın 14-ü yeni illə bağlı müxtəlif adət-ənənələr həyata keçirilirdi.
Deborım | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Conqvol yeni ilin ilk başladığı ay olduğu üçün onu həm də həmin ili quran bir ay kimi qəbul edirdilər. Yanvarın 15-i Deborım günü fala baxılırdı. Bəzi mənbələrdə " Conqvol səma, torpaq və insanın birləşdiyi bir ay" kimi qeyd olunur və eyni zamanda Conqvol bütün qəbilələrin göyün iradəsinə uyğun olaraq birləşdiyi bir ay hesab olunurdu.
Koreyada Deborım ay təqvimi ilə keçirilən yeni il kimi vacib bayram hesab olunurdu. Hər bölgə özünəməxsus fərqliliklər daşısa da, əsasən Deborımdan bir gün əvvəl və bir gün sonra kəndin əmin amanlığı üçün müxtəlif ayinlər keçirilirdi.
Deborımda Ogokbap bişirib yeyirlər. Səhər tezdən burom(qoz-fındıq və s. kimi qabığı sərt çərəzlər)u dişləyib həyətə atırdılar və inanırdılar ki bu 1 il ərzində o evə heç bir xəstəliyin gəlməsinə icazə verməyəcək. Həmçinin conqvolda gecə içki içir, evin arxasında yerləşən dağa və ya təpəyə qalxaraq ayı salamlayır, arzularını dilə gətirir və növbəti 1 ilin əkinçiliyi ilə bağlı proqnoz verirdilər. Belə ki, ay işığı parlaq və bəyaz olarsa çox yağış yağacaq, qırmızı olarsa quraqlıq olacaq deyə düşünülürdü. Deborımda bolluq və uğur arzulamaq üçün müxtəlif tədbirlər, mərasimlər keçirilir, aslan oyunu, ipdən atlama, çacon və s. kimi oyunlar oynanılırdı.