Anatoliy Anatoliyeviç Semyonov (rus. Анатолий Анатольевич Семенов, 2 yanvar 1992, Georgiyevsk, Stavropol diyarı) daha çox Deep-Ex-Sense ləqəbi ilə tanınır. rusiyalı hip-hop ifaçısı və batl-reper.[1][2][3] Russian Battle League[rus.] və Slovo[rus.] layihələrinin iştirakçısı olub. RBL:All Stars və RBL:Universe layihələrinin qalibi olub. Slovo:Krasnodar layihəsinin dörddə bir final mərhələsinə qədər yüksəlib. Rusiyanın ən güclü batl-reperlərindən biri hesab olunur[3][4][5].
Deep-Ex-Sense | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbləri | WahaBeat, Tramvainoe Depo |
Doğum tarixi | 2 yanvar 1992 (32 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 2011-ci ildən |
Janrlar | hip-hop[d], alternativ hip-hop |
2 yanvar 1992-ci ildə Georgiyevskdə dünyaya göz açıb. 2011-ci ildə ilk bəstələrini yazmağa başlayıb. 2013-cü ildə müxtəlif onlayn batl proyektlərində iştirak edib. 2014-cü ildə getdikcə populyarlaşan oflayn batl proyektlərinə qoşulub. 2016-cı ildə RBL layihəsinin açılış tədbirində ΨBOY ilə qarşılaşıb.
2018-ci ildə RBL-nin ikinci mövsümündə iştirak edib. Plane Dead-ə qarşı mübarizədən qalib ayrılaraq növbəti mərhələyə yüksəlib.[1] Dörddə bir final mərhələsində Beyond-a məğlub olub. Elə həmin il o, 8 trekdən ibarət olan "Şaqqot"(rus. Шоггот) adlı konseptual albomunu təqdim edib.[6][5]
2019-cu ildə RBL:All Stars layihəsi çərçivəsində qələbə qazanıb. Həmin ilin payızında "Hip-Hop.ru"nun sayca 17-ci onlayn batlında iştirak edib və 4-cü raundda məğlub olaraq mübarizədən kənarlaşıb.
2019-cu ildə o, "Nekromorf" adlı Slava KPSS-ə[rus.] və digər sənətçilərə ünvanlanmış diss trekini onlayn edib[7][8].
Versus:Team-up proyekti çərçivəsində iştirakı nəzərdə tutulurdu, lakin rəqibinin intiharından sonra turindən kənarlaşıb.[9][10]
Kiminləsə mübarizəyə hazırlaşanda onun işi, dünyagörüşü ilə tanış olursan və hətının bir hissəsini nəzərdən keçirirsən. Buna görə də, indi bir az şokdayam və bu, mübarizəyə qoşulmağa olan bütün həvəsimi öldürür. |
2020-ci ilin payızında o, RBL Universe layihəsi çərçivəsində "Plastik dünya"(rus. Пластмассовый мир) komandası daxilində finala yüksəlib və qalib gəlib.