Dehqani

Dehqani — XIII əsr Anadolu şairi.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

***

Əcəb bu dərdimin dərmanı yoxmu?
Ya bu səbir etməyin oranı yoxmu?

Yanaram mumlayın başdan ayağa
Nədir bu yanmağın payanı yoxmu?

Gülər düşmən mənim ağlamağıma
Əcəb, şol kafirin imanı yoxmu?

Dəlibdir ciyərimi qəmzən oxu
Ara, ürəkdə gər peykanı yoxmu?

Su kimi qanımı torpağa qardın
Nə sanırsan qəribin qanı yoxmu?

Cəmali-hüsnünə məğrur olursan
Kəmali-hüsnünün nöqsanı yoxmu?

Bəyim, Dehqaniyə ölməzdən öncə
Tapuna irməyin imkanı yoxmu?

  1. Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.