Deklarasiya

Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]:

  1. bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat;
  2. gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı;
  3. xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi;
  4. vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat;
  5. bəyannamə, bəyanat;
  6. rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd;
  7. hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı;
  8. hökumət və ya partiyanın bildirişi, bəyanatı;
  9. gömrük bəyannaməsi;
  10. poçt sənədi;
  11. vergi bəyannaməsi.

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.