Delfi metodu

Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir.[1]

Əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Birinci mərhələ

[redaktə | mənbəni redaktə et]

Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar.

İkinci mərhələ

[redaktə | mənbəni redaktə et]

İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, mediana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinci və üçüncü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir.

Üçüncü mərhələ

[redaktə | mənbəni redaktə et]

Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətlər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir. Bu, ekspertlərə əvvəl verdikləri qiyməti dəyişməyə icazə verilir və ikinci mərhələ yenidən həyata keçirilir. Bu proses ekspertlərin verdiyi qiymətlərin dispersiyası sıfıra yaxınlaşana kimi davam etdirilir. Qiymətlərin dispersiyası sıfıra yaxınlaşdığı halda ekspertlərin verdiyi qiymətlər əsasında sadə, orta kəmiyyət metodu ilə hesablanmış orta qiymət hesablanılır və o, doğru qiymət kimi qəbul edilir.

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. UNEC, Marketinq tədqiqatları