Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani[1] və Aleksandra Demina.
Demina-Koçani binası | |
---|---|
rus. Дом Деминой-Качони | |
47°12′33″ şm. e. 38°56′26″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1860 |
İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur. O, Osmalı ilə müharibənin Qara dəniz donanmasının qəhrəmanının dul qadını idi. Onun əri Aleksandr Likurqoviç Koçani Lambros Koçaninin nəvəsi idi. 1906-ci ildə binanın sahibi saray işçisinin həyat yoldaşı Leksandra Vasilevna Demina olmuşdur. O, binaya 1915-ci ilə qədər sahiblınmişdir. 1926-ci ildə binada Taqanroqa gəlmiş polyaklar üçün məktəb fəaliyyət göstərirdi. Burada təhsil 27 sentyabrdan başlayırdı. 1992-ci ildə bina tarixi abidə elan edilmiş və qoruma altına alınmışdır.[2].
Qreçeskaya küçəsində iki binaya gözəl mənzərə açılır. Onların ikisidə eyni ünvanda yerləşir. Onlardan biri iki mərtəbəli bina olub tarixi və mədəni abidə elan edilmişdir. Onun fasadı müxtəlif elementlərlə işlənmişdir. Burada qəsr daşları ilə üzlənmiş hissə belə vardır. İkincisi bir mərtəbəli binadır. Bu bina XIX əsrin ortalarına aid tipik binadır. Bu binanında fasadı müxtlik dekor elementləri ilə işlənmişdir[3].