Demokratik Monteneqro

Demonratik Monteneqro (serb. Демократска Црна Гора / Demokratska Crna Gora) — mərkəzçi[1] və Monteneqroda universal partiya. Hazırda partiyanın 2016-cı ildə seçilmiş 8 millət vəkili var. İndiki lideri və qurucusu Alexa Beçiçdir.

Demonratik Monteneqro
Quruluş tarixi 19 aprel 2015
Qeydiyyat tarixi 19 aprel 2015
Baş qərargah Podqoritsa, Monteneqro
İdeologiya Konservativ liberalizm, Avropaya meyllik
İdeoloji spektr mərkəzçilik
Saytı Demonratik Monteneqro

Demonratik Monteneqro 2015-ci ildə Sosialist Xalq Partiyası fraksiyasının bölünməsi və Monteneqro Parlamentində iki millət vəkili ilə təmsil olunan yeni bir siyasi partiyanın qurulması ilə formalaşır[2][3].

2016-cı ilin oktyabr ayında keçirilən parlament seçkilərində Demokratlar millət vəkil sayını 2-dən 8-ə qaldırır və həmin il keçirilən yerli seçkilərdən sonra partiya Budva və Kotor bələdiyyələrinin bələdiyyə başçıları vəzifələrini ələ keçirməyi bacarır. 2017-ci ilin may ayında Hersev Novi şəhərində keçirilmiş yerli seçkilərdə partiya 34 yerdən 9-u qazanır və yerli hökuməti quran müxalifət koalisiyasına rəhbərlik edir[4].

2018-ci ilin martında demokratlar, Demokratik Cəbhə, Sosialist Xalq Partiyası, Birləşmiş Reformasiya Fəaliyyəti kimi müstəqil namizəd Mladen Bojanicin 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində Monteneqro prezidentliyinə namizədliyini dəstəkləməyə qərar verir. Seçkilərdə Bojaniç səslərin 33,40 % -i toplayaraq Mila Cukanoviçdən sonra ikinci yeri tutur.

2018-ci il yerli seçkilərində demokratlar bir sıra bələdiyyələrdə Birləşmiş Fəaliyyət Reformu ilə seçki koalisiyası qurur. Seçkilərdən sonra demokratlar yalnız Beranedə yerli hakimiyyətin bir hissəsi olur[5]. Demokratik Cəbhə və Sosialist Xalq Partiyası seçkidən sonra koalisiya qurur. Bələdiyyələrin qalan hissəsində partiya müxalifət olaraq qalır.

2020-ci ilin iyulunda Demokratik Monteneqro, Demos, Yeni Sol və PUPInin yanında liberal siyasətçi Vladimir Pavicevic, bəzi müstəqil namizədlərlə birlikdə "Sülh, bizim millətimizdir" (Mir je naša nacija) koalisiyasına qoşulmağa qərar verir[6]. Demonratik Monteneqro Partiyası 2020-ci ilin avqust ayında keçirilən parlament seçkilərində bu birlik altında iştirak edir[7].

  1. Nordsieck, Wolfram. "Montenegro". Parties and Elections in Europe. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2020.
  2. "Bečić predstavio "Demokratsku Crnu Goru"". RTCG — Radio Televizija Crne Gore — Nacionalni javni servis. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  3. "Bečić izabran za predsjednika "Demokratske Crne Gore — Demokrata"". portalanalitika.me. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  4. "Arxivlənmiş surət". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  5. "Arxivlənmiş surət". 2018-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  6. U Crnoj Gori formiran "Građanski blok" Arxivləşdirilib 2020-07-13 at the Wayback Machine, rts.rs
  7. Formiranje Građanskog bloka Arxivləşdirilib 2020-09-03 at the Wayback Machine, Vijesti