Demyanka[1][2] — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay.
Demyanka | |
---|---|
rus. Демянка | |
| |
Ölkə | Rusiya |
Mənbəyi | Vasyuqan bataqlığı |
Mənsəbi | İrtış--> Ob |
Uzunluğu | 1160 km |
Su sərfi | 155 m³/s |
Su hövzəsi | 34800 |
Hövzəsinin sahəsi | 34.800 km² |
|
|
DSR[rus.] | 14010700112115300013982 |
Vikianbarda əlaqəli mediafayllar |
Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol).
Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır. Meşələrdə Şam, Söyüd, Ağcaqayın Çinar kimi ağaclara rast gəlmək olar.
Çayın yatağı yuxarı və orta axarlarda trapez formasına malikdir. Sahilliləri hündür, bəzi yerlərdə isə sıldırımlıdır. Demək olar ki, axdığı ərazilərin böyük hissəsi düzənlikdir. Çay əsasən yağış suları ilə qidalanır. Qar suları qidalanmada müəyyən rol oynasada qrunt suları demək olar ki bu məsələdə iştirak etmir. Səbəb isə hövzənin yerləşdiyi ərazinin çox illik qrunt buzları zonasında yerləşməsidir. Dibi qilli və qumludur. Yaz daşqınları zamanı gəmiçilik üçün yararlı olur[3]. İlin qalan vaxtları bu baxımından yararsızdır.
Demyanka çayının hövzəsi 50% bataqlaşmış ərazilərdən ibarətdir. 45% isə keçilməz meşə zolağıdır. Daxili bataqlaşmış göllərlə örtülüdür.
Suları balıqlarla zəngindir. Ancaq demək olar ki, həvəskar balıqçılıq[4] istina olaraq sənaye həcminə tadarük həyata keçirilmir. Meşə sənayesi isə inkişaf etmişdir. Tədarük əsasən şaxtalar düşdükdən sonra həyata keçirilir. Səbəb isə meşənin bataqlıqlaşmış əlazilərdən ibarət olması və yayda keçilməzliyidir. Hövzəsində bircə Demyanka qəsəbəsi vardır. Ümumilikdə isə az məskunlaşılmışdır. Sahillərində iri yaşayış məntəqəsi yoxdur.