Denis Şafikov

Denis Fuatoviç Şafikov (başq. Шафиҡов Денис Фуат улы; doğ. 3 iyun 1985, Miass) — Rusiya boksçusu. Yüngül və yarım yüngül çəki dərəcəsində. İBO versiyası üzrə qitələr arası çempion[1][2]. 2003-cü ildə Ulyanovskdə keçirilən Rusiya çempionatının bürünc mükafatçısı. Milliyətcə başqırddır. Ringə başqırdı milli geyimində: xəz papaqla çıxardı. Məhs buna görə Çinqiz xan titulunu almışdır.[3]

Denis Şafikov
Ümumi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 3 iyun 1985(1985-06-03) (38 yaş)

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Şafikov 2003-cü ilin sonunda peşəkar rinqdə debüt etdi. Rusiya və Belarusiyada ilk on döyüşünü keçirdi.

2007-ci ildən etibarən Finlandiya P3 Boxing tanıtım şirkətinin himayəsi altında fəaliyyət göstərir. Yeni promouterin rəhbərliyi altında ilk döyüşdə 11-ci raundda daha təcrübəli Dominikan Kristian Frias (20–1-2) üzərində qələbə qazandı.

2009-cu ildə IBO Qitələrarası Çempionatının qalibi oldu. 29 oktyabr 2010-cu il də İtalyan Brunet Zamora ilə heç-heçə etdi.

2011-ci ilin sentyabr ayında Şafikov yünügül çəkidə EBU Avropa titulunu qazandı və titulun müdafiəsində yenidən Brunet Zamora ilə qarşılaşdı. İkinci döyüşdə Şafikov xal hesabı qalib gəldi.

22 fevral 2014-cü ildə Makaoda (Çin), meksikalı Miguel Vaskes ilə döyüşdə ilk məğlubiyyətini aldı. Şafikov daha fəal olsa da, Vazquez məsafədə rəqibini qabaqladı və rəqibin hücumlarına imkan vermədi və nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Vaskesə verildi.[4].

15 avqust 2014-cü ildə Denis Şafikov İB-nin seçmə döyüşündə Rustam Nuqaev ilə qarşılaşdı. Şafikov əvvəldən üstünlüyü ələ aldı, zərbələri daha sürətli və güclü idi. Xüsusilə 3-cü dövrədə daha üstün idi. Döyüşü qələbə ilə başa vuran Şafikov Vaskes ilə təkrar döyüş hüququ əldə etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Боксеры чемпионы мира по версии IBO". 2018-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  2. "Миасский боксер Денис Шафиков стал чемпионом мира по версии IBO". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  3. "Денис Шафиков: «Хочется драться с хорошими боксерами в титульных боях»". 2009-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-18.
  4. "Мигель Васкес победил Дениса Шафикова". Sports.ru. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-24.