Denni–Marfan sindromu — Anadangəlmə sifilis xəstəliyi olan uşaqlarda aşağı ətraf üzvlərində spastik paraplegiya və əqli gerililik ilə müşahidə olunan nevroloji sindrom.[1] Hər iki cinsin nümayəndələrində müşahidə olunur. Xəstəliyin başlanğıcı kəskin şəkildə özünü büruzə verir. Zəiflikdən kvadriplegiyaya qədər isə xəstəlik yavaş irəliləyir. Epilepsiya, katarakta və nistaqm da müşahidə oluna bilər.
Sindrom 1929-cu ildə Şarl Kleyton Denni[2], 1936-cı ildə isə Antuan Marfan tərəfindən təsvir edilmişdir.[3]