Depressiya (iqtisadiyyat)

Depressiya (Depression) - İqtisadi tənəzzül prosesidir. İqtisadi tsikl dörd fazanı: eniş (böhran), depressiya (durğunluq), canlanma və yüksəlişi əhatə edir. Yüksəliş iqtisadi inkişaf əyrisinin yüksək nöqtəsi depressiya isə onun aşağı həddidir. Bununla belə qeyd olunmalıdır ki, depressiya iqtisadiyyat üçün gərəkli ola bilər. Belə vəziyyət iqtisadi sistemi daha səmərəli və canlı işləməyə vadar edir. Vurğulanmalıdır ki, depressiya yeni iqtisadi tsiklin başlanğıcıdır.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.65