Bu məqalə qaralama halındadır. |
Dero dorsalis - Həlqəvi qurdlar tipinə aid dero.[2] [3] [4]
Dero dorsalis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dero dorsalis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qəlsəmə yatağı arxaya doğru yanlarda dairəvi və ya kələ-kötür çıxıntılıdır. Üzərində adətən 5 cüt qəlsəmə çıxıntısı mövcutdur: I cüt – qısa və enli çıxıntılı bel qəlsəməsi, II cüt – nazik və silindrik, III cüt – lateral, IV və V cütlər – dəyişkən formalı qarın qəlsəmələridir. II – V buğumların qarın dəstəcikləri 5 – 7 ikidişli qılcıq daşıyır, distal dişcik proksimal dişcikdən uzundur və ortasında düyünü var. Sonrakı buğumlarda qılcıq dəstələrinin sayı azalır, dişciklər bərabər uzunluqda və ya distal dişcik proksimal dişcikdən qısa olur, düyün isə distal istiqamətdə yerini dəyişir. İkinci buğumun qılcıqlarının uzunluğu 135 μ, V – 100 – 126 μ, VI – 102 – 115 μ. Arxaya doğru qılcıqların uzunluğu azalır. Bel dəstəcikləri IV buğumdan başlayır. Onlar 1 tükşəkilli və 1 uzunluğu 85 – 108 μ və distal dişciyi proksimal dişcikdən daha uzun olan ikidişcikli qılcıq daşıyır. Penial qılcıqları mövcud deyil. Septal vəzilər IV və V buğumda yerləşir. Mədə IX – XI buğumlarda başlayır. Kəmərcik V – VII buğumlarda yerləşir. Toxumluğun qıfları iri, toxum boruları qısadır. Atrium ampulası böyük, dairəvi, qalındivarlıdır; onun xarici kanalı uzun, vəz hüceyrələri ilə zəngin olan çökəkliyə açılır. Toxum qəbulediciləri kiçik armudşəkilli və qısa kanallıdırlar. Fərdlərin uzunluğu 10 – 30 mm. Birinci zooiddə buğumların sayı 18 – 53, tək fərddə isə 23 – 150-dir. Şirinsularda lil qruntda yaşayır. Borucuq əmələ gətirir.
Dünyada: Avropa, Cənubi və Şərqi Asiya, Qafqaz.
Azərbaycanda: Kür çayının deltası.