Devis-Montan hərbi hava bazası

Devis-Montan bazasıABŞ-nin Arizona ştatında hərbi baza

Devis-Montan bazasını bəziləri «soyuq müharibə qəbiristanlığı» da adlandırır.

Bazanın peykdən çəkilmiş şəkilləri onun nə qədər böyük olduğunu göstərir. 10,5 kvadrat kilometr ərazini əhatə edən «qəbiristanlıq» təxminən 1300 futbol meydançası boydadır. Burada «soyuq müharibə» dönəmində ABŞ, onun NATO-dakı müttəfiqləri, həmçinin Varşava Müqaviləsi Təşkilatına qarşı olmuş digər dövlətlərin ordularına məxsus hərbi təyyarə və vertolyotlar toplanıb.

Hərbçilər bildirir ki, son 20 ildə buradakı təyyarə və vertolyotların 1/5 hissəsi bərpa edilərək, yenidən hərbi hissələrə göndərilib. 1946-cı ildə yaradılmış baza dünyanın ən böyük «təyyarə qəbiristanlığı» sayılır. Burada 20 mindən artıq hərbi maşın, həmçinin saysız-hesabsız qırıcılar, sovet MiQ-ləri var. Bazadakı «ölü»lərin ümumi dəyəri 35 milyard dollardan artıqdır.

Mənbə[redaktə | mənbəni redaktə et]