2023-cü il Deyr əz-Zor döyüşləri — 27 avqust 2023-cü il tarixindən başlayaraq Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində silahlı toqquşmalar. Toqquşmalar Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zor Hərbi Şurasının Əbu Xəvlə adlı hərbi komandirini korrupsiya və qeyri-qanuni fəaliyyət ilə ittiham edərək həbs etməsindən sonra başlamışdır. Əbu Xəvlə Deyr əz-Zorda bəzi ərəb qəbilələrinin dəstəyinə malikdir. Həbs qəbilə silahlılarının regionda SDQ-yə qarşı hücuma başlaması ilə artan zorakılığın spiral dövrünə gətirib çıxarmışdır. Davam edən toqquşmalar nəticəsində qəbilə döyüşçüləri bəzi şəhər və kəndlərə nəzarəti ələ keçirə bilmişdilər. Bununla belə, SDQ-nin əks hücumu 7 sentyabr 2023-cü ilə qədər bütün itirilmiş ərazilərə nəzarəti bərpa etmişdir.[1] SDQ rəsmi olaraq əks-hücumü Təhlükəsizliyin gücləndirilməsi əməliyyatı adlandırmışdır.[2] Sentyabrın 25-dən 27-dək Suriya hökumətini dəstəkləyən silahlıların Fərat çayının o tayından hücumundan ilhamlanaraq qısamüddətli başqa bir üsyan baş vermişdir. Bu üsyan SDQ tərəfindən tez bir şəkildə məğlub edilmişdir.[3]
Deyr əz-Zor döyüşləri | |
---|---|
Tarix | 2023, 27 avqust 2023 |
Yeri | |
|
Suriyanın şimal-şərqindəki bu toqquşmalarda 118 nəfər həlak olmuşdur.[3]