Diş sapı

Dişləri diş çöpü də daxil olmaqla heç bir şeylə zədələmək olmaz.

Diş fırçasından əlavə diş sapı da dişlərə qulluq zamanı çox təsirli təmizləyici vasitə kimi istifadə oluna bilər.

Diş fırçasının köməyi ilə dişlərin arasında və dişlə damağın arasında olan məsafələri təmizləmək çox çətindir. Məhz bu səbəbdən burada tez-tez karies və diş daşı əmələ gəlir. Bu problemi həll etmək üçün xüsusi diş sapından istifadə edin. Diş sapından gündə bir neçə dəfə (xüsusilə axşam axırıncı qida qəbulundan sonra) istifadə etmək olar.