Dialekt kontinuumu (lat. continuum – yüyürüşmə) — dilçilikdə individual dialektlər arasında minimal fərqlərlə müəyyən ərazidə fasiləsiz məkan ardıcıllığı təşkil edən dialektlər toplusu mənasında işlənən termin.[1] Kontinuum problemi müqayisəli-tarixi dilçilikdə mühüm yer tutur. Köhnə ədəbiyyatda istifadə olunan terminlərə dialekt sahəsi (Leonard Blumfild)[2] və L-kompleks (Çarlz F. Hokett)[3] daxildir.