Diazonium duzlarının alınmasının bir neçə üsulu vardır. Ancaq praktiki əhəmiyyəti kəsb edən bir üsul-aromatik aminlərin diazolaşdırılması reaksiyasıdır.
Diazonium duzları olduqca davamsız birləşmələrdir. Buna görə onlarla aparılan reaksiyalar olduqca aşağı temperaturlarda (0...25oC) aparırlar. Diazonium duzları suda yaxşı həll olur, ancaq quru halda partlayış təhlükəsi vardır.
Diazonium duzları çox maraqlı maddə olub, aminlərdən ən müxtəlif maddələrin alınması üçün geniş imkanlar verir. Reaksiyaları iki müxtəlif qrupa bölmək olar: azotun ayrılması və azotun ayrılmaması ilə gedən reaksiyalar.