Didivar nekropolu — Babək rayonunda eyniadlı kəndin şərqində Tunc dövrünə aid arxeoloji abidə.
Geniş tədqiqat işləri aparılmamışdır. Buradan qırmızı rəng üzərindən qara rənglə naxışlanmış boyalı gil qab nümunələri aşkar olunmuşdur. Abidənin yaxınlığında II Kültəpə yaşayış yerinin olması onu təqribən e. ə. III-II minilliklərə aid etməyə imkan verir.