Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sisteminin – transmissiyanın tərkib hissəsidir. Avtomobil əyrixətli yol üzrə hərəkət etdikdə onun arxa təkərləri müxtəlif yol qət edirlər. Bununla onların fırlanma tezliyi də müxtəlif olur. Ona görə də, onların bir-biri ilə sərt birləşdirilməsi mümkün deyil. Avtomobillərin arxa təkərlərinin müxtəlif dövrlər sayında hərəkətini, yəni qeyri sinxronluğunu təmin etmək üçün differensial ötürmədən istifadə edilir. Avtomobilin dönməsi zamanı bu ötürmə arxa təkərlərin sərbəst fırlanmasına imkan verir. Nəticədə təkərlərin lazım olmayan yüklənməsi aradan qaldırılır. Differnsial ötürmə hələ b.e.ə. təxminən 100-cü ildən məlum olmuşdur.
Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il bundan qabaq sarı mperator, Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265 ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün Hazırlamışır. Ancaq sonralar bu ötürmə az tətbiq olunduğundan yaddan çıxır və renessans dövründə Leonardo da Vinçi tərəfindən yenidən ixtira olunur. İndi avtomobillərdə tətbiq olunan diffrensial ötürmə isə 1827-ci ildə fransız mühəndisi Onésiphore Pecqueur tərəfindən ixtira edilmişdir.
Differnsial ötürmə prinsip etibarı ilə bir fırlanan çərçivədən (gövdədən) ibarətdir. Bu çərçivənin daxilində iki, dörd, dönəbilən konusformalı dişli çarx yerləşdirilir. Bu tənzimləyici dişli çarxlar eyni zamanda iki böyük böyük konus dişli çarxı ilə əlaqələndirilirlər. Differnsial çərçivəsi konus, silindrik və ya hipoid dişli çarxları ilə hərəkətə gətirililər.
Sağ tərəfdə silindrik dişli çarxla təmin olunmuş differnsial ötürmədə bu ilişmənin sadə izahə verilmişdir. Avtomobil düzxətli hərkət etdikdə val və çərçiivə eyni sürətlə fırlanır. Sağa və ya sola dönmə zamanı isə tənzimləyici dişli çarxlar işə düşürlər. Normal halda avtomobilin mühərrikindən gələn dönmə momenti differnsialın çərçivəsi və val arasında bərabər bölünür. Əgər təkərin birinə düşən yük artarsa (dönmədə) onda tənzimləyici dişli çarxlar təkərin oxunun sürətini azaldır və bu zamna ümumi momentin böyük hissəsi digər təkərə ötürlür. Beləliklə təkərlərin dönmə zamanı müxtəlif, faydalı sürətləri təmin edilir.
Ancaq diffrensial ötürmənin çatışmayan cəhətləri də vardır. Məsələn əgər arxa təkərin biri havada olarsa, və ya da sürüşkən bir mühitə (buz, qar, yağış) düşərsə onda həmin təkər daha sürətlə fırlanmağa başlayır. Çünki, bu zaman digər tərəfdə yük çox olduğundan diffrensial ötürmə "səhv" reaksiya verir. Bunu ötürməyə sərhəd dövrlər sayının verilməsi ilə nisbətən aradan qaldırmaq olur.