Differensial kaskad

Differensial gücləndirici kaskadın sxemi

Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir.

Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var. Onlarda qeyri–xətti təhriflər çox kiçik olur. Differensial kaskad iki tranzistordan ibarətdir. Emitterləri bir–birinə birləşdirilmiş və ümumi rezistora qoşulmuşdur (şəkil). Belə kaskad çox vaxt paralel balanslı kaskad adlandırılır. Simmetrik kaskadlarda ən yüksək göstəricilər alınır. Onlarda Rк1=Rк2, tranzis-torların parametrləri də tam eyni olmalıdır. Belə kaskadlar ən yaxşı göstəricilərə malikdirlər. Tranzistorlar isə ancaq bir kristalda eyni texnologiya ilə hazırlandıqda tam identik ola bilər. Odur ki, differensial gücləndiricilər ancaq İMS şəklində hazırlanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "O.M.Sadiqov, Z.S.Musayev, Elektronika. İngilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət, 2011, 284" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-03-18.