Sorucular (lat. Trematoda) sinfinin nümayəndələri tamamilə parazitlərdən ibarət olub, onurğasız və onurğalı heyvanların daxili orqanlarında yaşayırlar. Ən geniş yayılmış nümayəndəsi - qaraciyər sorucusudur (lat. Fasciola hepatica).
Digenetik sorucular | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Klad: Tip: Yarımtip: Sinifüstü: Sinif: Yarımsinif: Digenea |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bədənin forması çox hallarda yarpaqşəkillidir. Sormacların olması xarakterikdir. Sormac mürəkkəb əzələ liflərindən təşkil olunmuş və əzələ yastığı ilə əhatə olunan nəlbəkişəkilli çökəklikdən ibarətdir. Bu əzələlərin hərəkəti sayəsində sormacların boşluğu kiçilir və böyüyə bilir. Bir sormac bədənin önündə, bir sormac isə qarın tərəfdə yerləşir. Buna uyğun olaraq ağız və qarın sormacları adlanır. Sormaclar yapışma orqanlarıdır, onların köməyi ilə sorucular heyvanın-sahibin bədəninə yapışıb dayanırlar.
Trematodların örtüyü - tequment çökmüş epitelidən ibarətdir. Örtüyün xarici hissəsi çoxlu mitoxondrilər və vakuollara malik nüvəsiz sitoplazmatik lövhədən ibarətdir. Bu qat sitoplazmatik bağlar vasitəsilə sitoplazmanın parenximaya çökmüş nüvəyə malik hissəsi ilə birləşir. Sitoplazmatik lövhədə çox vaxt kutikulyar tikanlar-parazitlərin əlavə yapışma orqanları vardır. Bu qatın altında bazal membran, onun altında həlqəvi, sonra isə uzununa əzələlər yerləşir. Sorucular nisbətən az hərəkətlidir. [2]
Dişi cinsi sistemdə yumurtalıq bir ədəd olur. Qısa yumurtalıq yolu yumurtalıqdan başlayıb kiçik kisəciyə-ootipə açılır. Bədənin yanlarında qida materiallarına malik salxımşəkilli sarılıqlar yerləşir. Sarılıqların iki axarı bədənin eninə-ootipə doğru gedib bir-birinə yaxınlaşır və ootipə tökülür. Ootipdən uzun qıvrım kanal-balalıq çıxır. Oootip həmçinin kiçik qovuqla-toxumqəbuledici və qısa Laurer kanalı ilə əlaqələnir.
Trematodların həyat dövriyyəsi mürəkkəbdir. Sahib dəyişmək və nəsil növbələşməsi ilə gedir. Hermafrotiddir. Cinsi yetkin sorucu marita adlanır. Onların qoyduğu yumurta ekskrementlə birlikdə xaric olunur. Suda yumurtalardan kirpikli epiteli ilə örtülmüş mirasidi çıxır. Mirasidi xortumunun köməyi ilə ilbizin bədənini dəlir və onun daxili orqanlarına keçir. Daha sonra mirasidi kirpiklərini atır və sporosistaya çevrilir. Sporosistanın bədənində yerləşən partenogenetik yumurtalar bölünməyə başlayır və rediyə başlanğıc verir. Sporosista sonradan partlayır və redilər ondan çıxır. Redinin daxilində ayrı-ayrı rüşeym hüceyrələrindən yeni nəsil-serkarilər inkişaf edir. Serkarilər redinin bədənində olan dəlikdən xaric olur və quyruğunun hərəkəti ilə cəld üzür. Mirasididən fərqli olaraq serkarilər qidalanmır. Serkari stiletinin köməyi ilə sahibinin toxumasını dağıdır və daxili orqanda sistalaşırlar. Bu mərhələ metaserkari adlanır.
Digeneaların çoxu insan və ev heyvanları paraziti kimi patogen əhəmiyyətə malikdir. Daha çox təsərrüfat əhəmiyyətinə qaraciyər ikisormaclısı və ya qaraciyər sorucusu malikdir. F.hepatica qoyunlarda epizootiyaya səbəb olur. Parazitin patogen təsiri nəticəsində-öd axarları tutulur və qaraciyər iltihabından heyvanlar ölür.