Dilarə Hamlet qızı Səlim (15 avqust 1968, Bakı) — Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist, Mədəniyyət telekanalın direktoru (10.01.2024-cu il tarixindən)
Dilarə Səlim | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | jurnalist |
Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır. 2024-cü ilin yanvar ayında Mədəniyyət Televiziyasına direktor təyin edilib.[1]
Ailəlidir, iki qızı var.