Dilatometriya

Dilatometriya- (latınca dilato - genişləndirirəm ,metriya- ölçürəm) cisim ölçülərinin dəyişməsinin temperatur, təzyiq, elektrik və maqnit sahələrindən, ionlaşdırıcı şüalanmadan və s. asılılığını öyrənən fizika və ölçü texnikasının bölməsidir.

Dilatometrik tədqiqatların əsası

[redaktə | mənbəni redaktə et]

Dilatometrik tədqiqatların əsası - cisimlərin istilik genişləndirilməsinin və onun müxtəlif anomaliyalarının (faza keçidlərində və s.) müəyyənləşdirilməsidir.

Dilatometriyada istifadə edilən qurğular

[redaktə | mənbəni redaktə et]
Dilatometr

Dilatometriyada istifadə olunan cihazlar - dilatometrlər, müxtəlif fəaliyyət prinsiplərinə malikdirlər.

Optik-mexaniki dilatometrlər

[redaktə | mənbəni redaktə et]

Optik-mexaniki dilatometrlərdə (həssaslıq ~ 10-6 - 10-7 sm), cismin ölçüsünün dəyişməsi optiki güzgünün fırlanmasına gətirib çıxarır; xətti genişlənmə güzgüdən yansıyan işıq saçışının yerdəyişməsinə görə ölçülür.

Tutumlu dilatometrlər

[redaktə | mənbəni redaktə et]

Tutumlu dilatometrlərində (həssaslıq ~ 10-9 sm), nümunənin ölçüsünün dəyişməsi ötürücü kimi işləyən elektrik kondensatorunun tutumunu dəyişdirir.

İnduksiya dilatometrləri

[redaktə | mənbəni redaktə et]

İnduksiya dilatometrlərində (həssaslıq ~ 10-9 sm) nümunənin ölçülərinin dəyişməsi, induksiya sarğacının qarşılıqlı tənzimlənməsini və nəticədə onların qarşılıqlı induktivliyini də dəyişir.

İnterferensiya dilatometrləri

[redaktə | mənbəni redaktə et]

İnterferensiya dilatometrlərində (həssaslıq ~ 10-9 sm) nümunə interferometrın güzgüləri arasında yerləşdirilir; aralarındakı məsafə dəyişərkən, interferensiya zolaqları yerlərini dəyişirlər.

Radio-rezonanslı dilatometrlər

[redaktə | mənbəni redaktə et]

Radio-rezonanslı dilatometrlərdə (həssaslıq ~ 10-12 sm) sensor divarları tədqiq olunan materialdan hazırlanmış həcmli bir resonatordur; rezonatorun ölçüsündə dəyişikliklər onun rezonans tezliyindəkı dəyişikliklə qiymətləndirilir.

X-ray struktur analizi

[redaktə | mənbəni redaktə et]

X-ray struktur analizi dilatometriyanın ən həssas metodlarından biri hesab edilə bilər. O, kristalik strukturun parametrlərindəki dəyişikliklərə görə cismin ölçüsündəki dəyişiklikləri qiymətləndirməyə imkan verir.

Dilatometrlərin konstruksiyasının bəzi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dilatometrlərin konstruksiyası, ümumiyyətlə, nümunəyə müxtəlif xarici təsirlərin mümkünlüyünü təmin edir. Dilatometrin hissələrinin ölçülərinin dəyişilməsini nəzarətdə saxlanılmasına xüsusi diqqət yetirilir. Mayeqazlar üçün yalnız həcmli qenişlənmə nəzərdən keçirilərək, kalibrlənmiş bir kapilyar vasitəsilə, bir-biri ilə əlaqəli borularla, maye ilə tamamıilə dolmuş rezervuardan qızdırıldığı zaman axan mayenın həcmini ölçməklə təyin edilir.

  1. Аматуни А.Н. Методы и приборы для определения температурных коэффициентов линейного расширения материалов. М., 1972.
  2. Новикова С.И. Тепловое расширение твёрдых тел. М., 1974.
  3. Уэндландт У. Термические методы анализа = Thermal Methods of Analysis/ Пер. с англ. под ред.Степанова В.А. и Берштейна В.А. – М.: Мир, 1978, 526 с.
  4. Paulik F., Paulik J., Erdey L. Derivatography A complex method in thermal analysis. Talanta, 1966. – 13. – P. 1405-30.