Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dilay Özdemir (15 avqust 2005) — Türkiyə Qadınlararası Voleybol Çempionatı olan Sultanlar Liqasının komandalarından olan Karayolları klubunda icarə əsasında oynayır. O , Türkiyənin qadınlardan ibarət milli komandasında da oynayır.
İdman karyerasına gimnastika və atletika ilə başlayan Dilay Özdemir 2014-cü ildə Eczacıbaşı kulubunda ehtiyyat oyunçu kimi voleybola başlayıb.16 yaşında U-19 Türkiyə Gənclər Çempionatında 'Ən Yaxşı Oyunçu Mükafatını' qazandı və eyni mövsümdə klubu Eczacıbaşı'nın A Komandasına yüksəldi.
O,2021–22 mövsümünü Eczacıbaşı A Komandasında oynayıb, həmçinin ikili lisenziya ilə Beşiktaş klubunda çıxış edib. Onun klubu Eczacıbaşı eyni mövsümün sonunda CEV Kubokunu qazandı. O,2022–23 mövsümündə Eczacıbaşı A Komandasının heyətində yer alıb, həmçinin Beşiktaş ilə matçlarda da çıxış edib. O,2023–24 mövsümündən əvvəl icarə əsasında Karayolları klubuna transfer olunub.
Dilay Özdemir-in 2022-ci ilin avqustunda 17 yaşı tamam olsa da, əvvəllər U-17 və U-18 Milli Komandalarında çıxış etdikdən sonra hazırda U-19 Milli Komandasında oyunçu kimi xidmət edir. O,2020-ci ildə U-17 Milli Komandası ilə FIVB Avropa Çempionatında gümüş medal qazanıb,2022-ci ildə U-19 Milli Komandası ilə Avropa Çempionatında komandası ilə 5-ci olub. Gənc yaş kateqoriyalarında dəfələrlə tribunalara çıxan Özdemir 2022-ci ildə Avropa Gənclər Olimpiya Oyunları Festivalını (EYOF) və Balkan Çempionatını U-19 səviyyəsində gümüş medalla başa vurub.
Onun anası hal-hazırda qadın voleybol üzrə ikinci liqa komandalarından biri olan "Artvinspor"da oynayan Zeynep Özdemir, atası isə 200-dəfədən çox milli formanı geyinmiş və hazırda məşqçi olan Barış Özdemirdir .
Volleybox[1]
Eczacıbaşı Spor Kulübü[2]
Dilay Özdemir — Instagram səhifəsi